İlham Əliyev Qətər Əmirini təbrik etdi

17 Dekabr 2019 16:39 (UTC+04:00)

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Təmim bin Həməd Al Taniyə təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Əlahəzrət, Qətər Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Qətər əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Qətər xalqına sülh və rifah diləyirəm".