Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: 3 nəfər öldü

18 Dekabr 2019 19:53 (UTC+04:00)

Yevlax rayonunda ağır yol qəzası baş verib.

Publika.az "Report"a istinadən məlumat verir ki, hadisə Qaraməmmədli kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Mitsubishi" markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb. Meyitlər tibbi ekspertizaya aparılıb. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.