“Arsenal”da yeni baş məşqçi

21 Dekabr 2019 03:30 (UTC+04:00)

“Arsenal” yeni baş məşqçisinin adını açıqlayıb.

Publika.az xəbər verir ki, Unai Emerinin istefasından sonra boş qalmış vəzifəyə “Manşester Siti”nin məşqçisi Mikel Arteta gətirilib. 37 yaşlı mütəxəssislə 3.5 illik müqavilə bağlanıb.