Rusiyanın döyüş təyyarəsi qəzaya uğradı

24 Dekabr 2019 10:35 (UTC+04:00)

Rusiyanın Hərbi hava Qüvvələri üçün “Sukhoi” şirkəti tərəfindən istehsal olunan beşinci nəsil döyüş təyyarəsi Su-57 qəzaya uğrayıb.

Publika.az
xəbər verir ki, haidisə “Sukhoi” şirkətinin “Komsomolsk-on-Amur Aviasiya İstehsal İdarəsi”nin yaxınlığında olub.

Səhər saatlarında Xabarovsk bölgəsində yerləşən Dzyomgi aviabazasından havaya qalxan Su-57-nin texniki problem yaşadığı və pilotun uçuş kreslosu ilə təyyarəni tərk etdiyi bildirilib.

Pilot əraziyə göndərilən axtarış-xilasetmə vertolyotu ilə xilas edilib. Test pilotunun sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Məhərrəm