ABŞ: İrana istənilən yerdə cavab verəcəyik

31 Dekabr 2019 13:04 (UTC+04:00)

ABŞ İranın Vaşinqtonun təhlükəsizliyi üçün Yaxın Şərqdə təhdid yaradacaq fəaliyyətinə istənilən yerdə cavab verməyə hazırdır.

Axar.az TASS-a istinadən xəbər verir ki, belə bir xəbərdarlıqla ABŞ Dövlət Departamentinin yüksək ranqlı əməkdaşı çıxış edib.

“Baş verənlər göstərir ki, biz təkcə İraqda yox, istənilən yerdə cavab verməyə hazırıq. Bunun bizim üçün mənası var”, - deyə o bildirib.