2019-cu ilin ən çox gəlir əldə edən video-oyunlarının siyahısı açıqlandı

5 Yanvar 2020 18:19 (UTC+04:00)

Məşhur araşdırma platforması "SuperData" 2019-cu ilin ən çox gəlir əldə edən video-oyunlarının adını açıqlayıb.

Publika.az
xəbər verir ki, ən çox gəlirli ödənişsiz oyunlar siyahısında Epic Games” şirkəti tərəfindən istehsal olunan “Fortnite” ilk pillədə qərarlaşıb.

Ödənişli oyunlar siyahısında ən çox qazanan video-oyun isə “FIFA 19” olub.

Siyahı aşağıdakı kimidir:

Ən çox gəlir əldə edən ödənişsiz oyunlar



“Fortnite” - 1,8 milyard dollar

“Dungeon Fighter Online” - 1,6 milyard dollar

“Honour of Kings” - 1,6 milyard dollar

“League of Legends” - 1,5 milyard dollar

“Candy Crush Saga” - 1,5 milyard dollar

“Pokemon Go” - 1,4 milyard dollar

“Crossfire” - 1,4 milyard dollar

“Fate/Grand Order” - 1,2 milyard dollar

“Game for Peace” - 1,1 milyard dollar

“Last Shelter: Survival” - 1,1 milyard dollar

Ən çox gəlir əldə edən ödənişli oyunlar



“FIFA 19” – 786 milyon dollar

“Call of Duty Modern Warfare” – 645 milyon dollar

“Grand Theft Auto V” – 595 milyon dollar

“FIFA 20” – 504 milyon dollar

“Call of Duty: Black Ops III” – 487 milyon dollar

“NBA 2K19” – 370 milyon dollar

“Tom Clancy’s The Division 2” – 370 milyon dollar

“Tom Clancy’s Rainbow Six: Siege” – 358 milyon dollar

“Borderlands 3” – 329 milyon dollar

“The Sims 4” – 311 milyon dollar