Azərbaycan XİN İrandakı təyyarə qəzası ilə bağlı başsağlığı verdi

8 Yanvar 2020 12:23 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukrayna təyyarəsinin İranda qəzaya uğraması ilə əlaqədar İran və Ukraynanın Xarici İşlər Nazirliklərinə başsağlığı ünvanlayıb.

Publika.az xəbər verir ki, bununla bağlı XİN-in Tvitter səhifəsində mətn dərc edilib.

Başsağlığında deyilir: "Bu xəbəri eşitmək çox kədərli idi... Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk".