Xərçəngdən ölən onkoloqun toy şəkilləri yayıldı - FOTO

10 Yanvar 2020 19:07 (UTC+04:00)

Yanvarın 5-də xərçəngdən vəfat edən Rusiyanın məşhur onkoloq-cərrahı Andrey Pavlenkonun yeni fotoları yayılıb.

Publika.az xəbər verir ki, həkimin həyat yoldaşı fotoları Feysbuk səhifəsində paylaşıb.

Fotolar arasında onkoloqun toy görüntüsü də var.

Qeyd edək ki, A.Pavlenkoya 2018-ci ilin martında mədə xərçəngi diaqnozu qoyulmuşdu. Bu il yanvarın əvvəlində o, sosial şəbəkə vasitəsilə xəstəliyin daha güclü olduğunu etiraf etmişdi.