ABŞ-la Türkiyə arasında KRİTİK GÖRÜŞ (YENİLƏNDİ)

11 Yanvar 2020 16:09 (UTC+04:00)

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri ilə görüşüb.

Publika.az xəbər verir ki, İstanbulda baş tutan 1 saat 25 dəqiqəlik görüş mətbuata qapalı keçirilib.

Toplantıda Suriya ilə bağlı son proseslər, İran və ABŞ arasındakı böhran və bölgədəki digər əhəmiyyətli hadisələr gündəmə gətirilib.

Türkiyə tərəfi İŞİD və PYD/YPG/PKK başda olmaqla, bütün terror ünsürləri ilə mübarizə mövzusundakı qətiyyətini bir daha diqqətə çatdırıb.

Zümrüd