SON DƏQİQƏ: Türkiyədə güclü zəlzələ baş verdi - VİDEO

11 Yanvar 2020 18:44 (UTC+04:00)

Türkiyənin Mərmərə dənizi sahillərində rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.

Publika.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri yerin 16 kilometr dərinliyində yerləşib. Zəlzələ İstanbul başda olmaqla bir neçə şəhərdə güclü şəkildə hiss olunub.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur. Hər ehtimala qarşı bölgəyə xilasedicilər cəlb olunub.

Qeyd edək ki, son günlər Mərmərə dənizində seysmik fəallıq xeyli yüksəkdir.

Anar Türkeş