Daha bir görüntü: Ukrayna təyyarəsi belə vuruldu - VİDEO

12 Yanvar 2020 01:56 (UTC+04:00)

İranda Ukrayna Hava Yollarına aid "Boinq 737" tipi sərnişin təyyarəsinin raketlə vurulmasına aid yeni görüntülər ortaya çıxıb.

Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, görüntülər İran mediası tərəfindən internetə yerləşdirilib.

23 saniyəlik görüntüdə raketin yüksələrək hədəfə doğru uçması əksini tapıb.

Qeyd edək ki, yanvarın 8-də “Boinq-737” təyyarəsinin Tehran hava limanından qalxdıqdan 2 dəqiqə sonra qəzaya uğraması nəticəsində 176 nəfər həlak olub.