Qusarda avtomobil aşdı - FHN xilas etdi

12 Yanvar 2020 10:32 (UTC+04:00)

Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunda “ВАЗ” markalı minik avtomobilinin yol kənarına aşması barədə məlumat daxil olub.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb.

Yaralı aidiyyəti üzrə təhvil verilib.