"Neftçi" daha bir futbolçusu ilə YOLLARINI AYIRDI

13 Yanvar 2020 21:25 (UTC+04:00)

"Neftçi” klubu futbolçusu Kirilo Petrovla yollarını ayırıb.

Publika.az-ın klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı ukraynalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Kirilo Petrov bu mövsüm "Neftçi”nin heyətində 17 oyunda meydanda olub.