39 yaşlı narkoman xəstəxanada öldü

16 Yanvar 2020 09:31 (UTC+04:00)

Bakıda narkomaniyadan əziyyət çəkən şəxs həyatını itirib.

Hadisə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzində baş verib.

1981-ci il təvəllüdlü Hüseynov Ceyhun Vahid oğlu kəskin psixoloji maddədən zəhərlənmə ilə1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıb. Müalicələrə baxmayaraq, C.Hüseynov xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, C.Hüseynov narkomaniyadan əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır. (trend)