Fransa hərbi donanmasını Yaxın Şərqə göndərir - GÖZLƏNİLMƏZ HƏMLƏ

17 Yanvar 2020 09:43 (UTC+04:00)

Fransa Yaxın Şərqə donanma göndərir.

Publika.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron danışıb.

Prezident bildirib ki, Yaxın Şərqdəki fransız əsgərlərinə dəstək olması üçün “Şarl de Qoll” gəmi qrupunu bölgəyə yollayacaq.

Gəmilər aprel ayına qədər orada qalacaq.

Qeyd edək ki, “Şarl de Qoll” Yaxın Şərqə sonuncu dəfə İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində 2015 və 2016-cı illərdə göndərilmişdi.

Zümrüd