Bakıda “tormoz”u tutmayan yük maşını qəzaya uğradı – FOTOLAR

17 Yanvar 2020 10:34 (UTC+04:00)

Bakıda yük maşını qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində - Sulutəpə dairəsi yaxınlığında baş verib. “Mercedes” markalı yük maşınının əyləc sistemində problem yaranıb və əyləc borusu sıradan çıxıb. Əl əyləci də olmadığından sürücü maşını çətinliklə saxlaya bilməyib.

Sürücünün peşəkarlığı nəticəsində hadisə zamanı xəsarət alan olmayıb və digər nəqliyyat vasitələrinə ziyan dəyməyib.

Yük maşınının isə təkərləri tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə yerindən görüntüləri təqdim edirik.