"Keşlə" Almaniya klubuna böyük hesabla MƏĞLUB OLDU

17 Yanvar 2020 20:03 (UTC+04:00)

"Keşlə" Almaniya III Budesliqa təmsilçisi "Çikau" klubu ilə yoldaşlıq oyunu keçirib.

Publika.az-ın məlumatına görə, təmsilçilərimiz ilk yoxlama matçında rəqibə məğlub olublar. Qarşılaşma 1:4 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, "Keşlə" növbəti yoxlama matçını yanvarın 22-də Rusiyanın "Arsenal" (Tula) klubuna qarşı oynayacaq.