Yaponiyada restorana hücum edildi - Yaralılar var

18 Yanvar 2020 09:46 (UTC+04:00)

Yaponiyada restorana hücum edilib.

Publika.az xarici KİV-ə istinadən bildirir ki, hadisə Tokionun Sindzyuku rayonunda baş verib. Məlumata görə, bıçaqla silahlanmış 4 nəfər restorana daxil olaraq, 3 nəfəri yaralayıblar. Daha sonra isə ərazidən uzaqlaşıblar.

Hadisə ilə bağlı cinayət işi başlanıb.