Çində güclü ZƏLZƏLƏ OLDU - Yaralılar var

20 Yanvar 2020 05:40 (UTC+04:00)

Çinin şimal-qərbindəki Sinszyan-Uyğur vilayətində güclü zəlzələ olub.

Publika.az xəbər verir ki, episentri 16 kilometr dərinlikdə yerləşən zəlzələ 6,4 maqnitudalı olub.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.