Ukrayna təyyarəsini BU RAKET vurub - İRAN HESABAT YAYDI

21 Yanvar 2020 07:30 (UTC+04:00)

İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı hesabat yayıb.

Publika.az-ın məlumatına görə, Boeing” təyyarəsinin vurulması haqqında ikinci ilkin hesabatda onun ZRK "Tor-M1" kiçik hərəkət radiuslu "yer-hava" tipli iki raket tərəfindən vurulduğu açıqlanıb.

“Boeing 737-800”-ə şimaldan iki “Tor-M1” “yer-hava” tipli raket atılıb. Raketlərin dəyməsindən sonra təyyarə yaşayış sahəsindən yuxarıda sürətlə hündürlüyü itirməyə başlayıb, sonra əyləncə parkındakı "maneə" ilə toqquşub və yerə düşüb.