Rusiya Türkiyəyə 120 raket göndərdi - Naməlum açıqlama

21 Yanvar 2020 12:46 (UTC+04:00)

Türkiyə Rusiyadan yeni silah alıb.

Publika.az xəbər verir ki, bu barədə TASS informasiya yayıb.

Adını açıqlamayan hərbi diplomatın agentliyə verdiyi məlumata görə, Rusiya Türkiyəyə istifadəyə hazır 2 batareya və 120 “qurudan havaya” təyinatlı raket verib.

Yeni silahın S-400 zenit raket kompleksi ilə əlaqədar olub-olmadığı bilinmir.

Zümrüd