Bu sirli xəstəlik başqa ölkələrə də yayıla bilər - ÜST xəbərdarlıq edir

21 Yanvar 2020 16:30 (UTC+04:00)

Çinin Vuhan şəhərində yayılan koronavirus pnevmoniyası başqa ölkələrə də keçə bilər.

Publika.az TASS-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bununla bağlı xəbərdarlıq edir.

ÜST-ün mətbuat katibi Tariq Yazinoviç Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, dünyada "2019-nCoV" ilə bağlı cəmi 278 təsdiqlənmiş hal qeydə alınıb.

Lakin bu rəqəm tez-tez dəyişir. Hətta bu gün etibarilə 2 minə yaxınlaşdığı bildirilir.

Sürətlə yayılan nadir xəstəliyin SİRRİ ORTAYA ÇIXDI: prezident hərəkətə keçdi

Xatırladaq ki, Çin Milli Səhiyyə Komissiyası ölkədə virusa yoluxanların 291 nəfər olduğunu açıqlayıb. Altı nəfər bu epidemiya nəticəsində dünyasını dəyişib. Virusun insandan insana keçməsi təsdiqlənib.

TÖVSİYƏ

ÜST soyuqdəymə simptomları olan insanlarla, eyni zamanda heyvanlarla açıq təmasdan çəkinməyi, ət və yumurtanın yaxşı bişirilməsini tövsiyə edir.

Virusun simptomları

Başlıca simptomlar qızdırma, öskürək, nəfəs çatışmazlığıdır.

Zümrüd