Müsəlman ölkəsi ÇALXALANIR: 460 ölü, 19 min yaralı

21 Yanvar 2020 17:27 (UTC+04:00)

İraqda hökumətə qarşı baş qaldıran etiraz aksiyaları yenidən şiddətlənib.

Publika.az xəbər verir ki, aksiyaçılarla asayiş keşikçiləri arasında baş verən insident nəticəsində azı 6 nəfər ölüb, 60-a yaxın yaralı var.

Paytaxt Bağdadın “Təhrir”, “Təyəran” və “Qeylani” meydanlarında akisyaçılarla polis arasında iki gündür yaranan iğtişaş davam edir.

Qeyd edək ki, İraqda 1 oktyabr 2019-cu ildən bu yana işsizlik, yoxsulluq, sosial xidmətlərin çatışmazlığı, ölkənin daxili işlərinə müdaxilə səbəbi ilə hökumətə qarşı etiraz aksiyaları keçirilir.

İraq Ali Müstəqil İnsan Haqları Komissarlığının 4 dekabr 2019-cu il tarixli açıqlamasına görə, akisyalarda ən az 460 insan ölüb, 19 min nəfər yaralanıb.

Zümrüd