İmpiçmentlə bağlı Trampa BÖYÜK ŞOK - QƏBUL EDİLDİ

22 Yanvar 2020 15:26 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın impiçmentinin əsas qaydalarını qəbul edib.

Publika.az xəbər verir ki, 13 saat davam edən iclasda respublikaçı Mitç Makkonnelin hazırladığı əsas qaydalar təklifi 53 səslə təsdiqlənib.

Bu çərçivədə hər bir tərəfə açılış müdafiələri üçün toplamda 24 saat olmaqla, 3 gün zaman veriləcək. Bu vaxt bu gün yerli vaxtla günortadan sonra başlanacaq.

Trampın ilk məhkəməsi başa çatdı: QƏRAR

Vaxt başa çatdıqdan sonra gələn həftə senatorlar sual vermək şansını əldə edəcək. Bunun üçün onlara 16 saat zaman tanınacaq.

Zümrüd