Ruhanidən nüvə açıqlaması: Razılaşma olsa da, olmasa da...

22 Yanvar 2020 16:24 (UTC+04:00)

“Nüvə razılaşmasına sadiqik. Atdığımız addımları geri çəkə bilərik”.

Publika.az xəbər verir ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

Ruhani bildirib ki, İran nüvə razılaşması olsa da, olmasa da, heç vaxt nüvə silahının arxasınca getməyəcək.

Prezident 21 fevralda keçiriləcək parlament seçkilərinin sağlam, təhlükəsiz və rəqabətcil olması üçün xalqın inandırılmasının lazımlığını vurğulayıb.