İran bütün dünyanı təşvişə salacaq açıqlamanı verdi

22 Yanvar 2020 18:08 (UTC+04:00)

İngiltərə, Fransa və Almaniya Mübahisələrin Həlli Mexanizmini BMT Təhlükəsizlik Şurasına aparsa, İran Birgə Hərtərəfli Fəaliyyət Planından çıxa bilər.

Publika.az xəbər verir ki, bunu İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaizi deyib.

Nazirlər Kabinetinin iclasından sonra mediaya açıqlama verən Vaizi nüvə sazişindən çıxmağın İranın atacağı addımlardan sadəcə biri olduğunu qeyd edib.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı 2017-ci ildə 122 ölkənin dəstəyi ilə 6 ölkə arasında imzalanmışdı. Nüvə silahı sahibi olan BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, İngiltərə, Rusiya, Fransa və Çin razılaşmaya qarşı çıxmış və müzakirələrlə səsverməyə qatılmamışdı.

İngiltərə, Almaniya və Fransa Xarici İşlər nazirləri bu ilin 14 yanvarında verdiyi ortaq açıqlamada İranın sazişdəki öhdəliklərini yerinə yetirmədiyi üçün Mübahisələrin Həlli Mexanizmini işə salacaqlarını bəyan etmişdilər.

Zümrüd