"Mançester Siti" futbol klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər

23 Yanvar 2020 19:46 (UTC+04:00)

İngiltərənin "Mançester Siti" futbol klubu Çempionlar Liqasından kənarlaşdırıla bilər.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb klubun maliyyə "Fair Play" qaydalarını pozması göstərilir.

Mançester təmsilçisinin 2014-cü ildə sponsorluq müqavilələrindən əldə etdiyi gəlirlər haqqındada səhv məlumat verdiyi iddia olunur. Həmin vaxt klub maliyyə "Fair Play" qaydalarını pozduğu üçün 49 milyon funt-sterlinq məbləğində cərimələnib.

Xüsusilə, klub sahibləri təqribən 180 milyon avro, maliyyə "Fair Play" qaydalarına görə isə 45 milyon avro məbləğində vəsait itkisini ört-basdır ediblər.