Yığmamız Türkiyədə QƏLƏBƏ QAZANDI

24 Yanvar 2020 01:15 (UTC+04:00)

Antalyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Publika.az-ın məlumatına görə, “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb. Mustafa Yıldırımın dubl etdiyi oyunda digər qolları Elçin Qasımov və Balamirzə Sultanov vurub.

Xatırladaq ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.