SON DƏQİQƏ: Türkiyə yenidən SİLKƏLƏNDİ, əhali küçələrə axışdı (YENİLƏNDİ)

24 Yanvar 2020 11:25 (UTC+04:00)

Egey dənizində 3,8 bal gücündə zəlzələ olub.

Publika.az xəbər verir ki, Boğaziçi Universiteti Kandilli Rəsədxanası bu barədə açıqlama yayıb.

Zəlzələnin episentrinin 8,6 km dərinlikdə olduğu bildirilir.

***

10:20

Türkiyənin Manisa şəhərində daha bir zəlzələ qeydə alınıb.

Publika.az xəbər verir ki, yerli vaxtla saat 06:04-də 4 bal gücündə yeraltı təkan baş verib.

Bölgədə gecə boyunca 3 və daha çox ballıq 6 zəlzələ olub.

Sarsıntılar əhalini təşviş içində qoyub. Zəlzələnin baş verdiyi yerlərdə insanlar parklarda gecələyib.

Zümrüd