Bakıda ağır yol qəzası – ÖLƏN VAR

24 Yanvar 2020 14:00 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, yanvarın 23-də saat 19 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində Masallı rayon sakini Y.Qasımov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini İbadət Mahmudovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.