Mariya Zaxarova Bakıda - FOTO

24 Yanvar 2020 16:04 (UTC+04:00)

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakıya gəlib.

Teleqraf.com xəbər verir ki, M.Zaxarova bu barədə özünün sosial şəbəkə hesabında məlumat yayıb.

O qeyd edib ki, bu gecə mədəniyyətlər arasında dialoqa həsr olunmuş forumda iştirak etmək üçün Bakıya uçub.

M.Zaxarova Bakıda çəkdirdiyi fotosunu sosial şəbəkədəki izləyiciləri ilə bölüşüb. Foto qısa müddət ərzində çoxlu “bəyənmə” toplayıb.