Bağdadda toqquşmalar yenidən ŞİDDƏTLƏNDİ

26 Yanvar 2020 09:45 (UTC+04:00)

İraqın paytaxtı Bağdadda polis Təhrir meydanına toplaşan etirazçılara müdaxilə edib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları nümayişçilərin çadırlarını yandırıb, onlara qarşı göz yaşardıcı qazdan istifadə edib. Toqquşmalar zamanı aralarında polislərin də olduğu çox sayda insan yaralanıb.

Qeyd edək ki, aksiyalar ötən ilin oktyabr ayında başlayıb. Nümayişçilər sosial problemlərin həllini tələb edir.

Anar Türkeş