Monika Belluççinin qızı gözəlliyi ilə meydan oxudu - FOTO

31 Yanvar 2020 15:15 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, aktrisa Monika Belluççinin Vansan Kasseldən olan qızı Deva Kassel İtaliya markası - “Dolce & Gabbana”nın yeni kolleksiyasının siması olub.

Publika.az xarici mətbuata istinadla xəbər verir ki, baharda satışa çıxarılacaq “Dolce Shine” adlı yeni ətrin siması olan Devanın artıq sözügedən reklam çəkilişlərinin fotoları yayılıb.

Ətir yüngül notlardan ibarətdir.

Deva Kassel 16 yaşı olmasına baxmayaraq, gözəlliyi ilə anasını da kölgədə qoymağı bacarıb. Onun fotoları sosial şəbəkələrdə diqqət çəkib.