Emil Balayev “Tobol” klubundan ayrıldı

1 Fevral 2020 02:07 (UTC+04:00)

Azərbaycanın futbol üzrə milli komandasının qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb.

Publika.az xəbər verir ki, qapıçı və futbol klubunun rəhbərliyi qarşılıqlı razılıq əsasında müqaviləyə son qoymaq barədə qərar qəbul ediblər.

Emil komandanın heyətində 36 matç keçirib və Qazaxıstanın Premyer Liqasında ən yaxşı qapıçılardan biri olub.

Xatırladaq ki, milliyyətcə erməni olan Qriqori Babayanın “Tobol”a baş məşqçi təyin olunmasından sonra Balayevin komandadan ayrılacağı haqda xəbərlər yayılmışdı.