YAP-ın seçki fonduna daxil olan vəsaitin məbləği açıqlandı

3 Fevral 2020 09:55 (UTC+04:00)

Azərbaycanda fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

Publika.az xəbər verir ki, partiyanın Mərkəzi Seçki Komissiyasına verdiyi maliyyə hesabatına əsasən, partiyanın xüsusi seçki fonduna fiziki şəxslərin könüllü ianəsi hesabına daxil olan vəsaitin məbləği 453 300 manat təşkil edib.