Çində vəziyyət getdikcə gərginləşir - 425 nəfər öldü

4 Fevral 2020 05:33 (UTC+04:00)

Çində koronavirusa yoluxanların və ölənlərin sayı artıb.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi məlumat yayıb.

Məlumata əsasən, indiyədək aşkar edilməmiş ştammına (2019-nCoV) yoluxanların sayı 19 700, ölənlərin sayı isə 425 nəfərə çatıb.

Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 21,5 min nəfərdir.

Qeyd edək ki, indiyədək 622 nəfər sağalaraq xəstəxananı tərk edib.