Azərbaycanlı ər-arvadı vəhşicəsinə öldürən şəxs tutuldu - 9 AY SONRA

6 Fevral 2020 10:23 (UTC+04:00)

Gürcüstanın Qardabani rayonunun Aşağı Kəpənəkçi kəndində ötən ilin iyun ayında ər-arvad - İskəndər Musayev və Şəfiqə Musayevanı xüsusi amansızlıqla qətlə yetirən şəxs saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən olunub ki, saxlanılan 36 yaşlı şəxs 84 və 77 yaşlı ər-arvadı evində küt alətlə qətlə yetirib və pul oğurlayaraq hadisə yerindən qaçıb. Saxlanılan şəxs günahını etiraf edib. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə maddəsi üzrə istintaq davam etdirilir.

Qətli törədən şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.(Report)