Messidən sonrakı “Barselona” necə olacaq? - Qvardiola danışdı

7 Fevral 2020 04:48 (UTC+04:00)

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib ki, Lionel Messinin gedişindən sonra “Barselona” çətinliklərlə üzləşəcək.

Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, o deyib:

“Ronaldo “Real”dan getdikdən sonra biz belə bir problemi gördük. Çünki bu cür yüksək səviyyəli futbolçular komandaları üçün vacibdirlər. Messi də “Barselona”dan getdikdən sonra komandaya onsuz adaptasiya üçün vaxt lazım olacaq. Bu oğlanlar mövsümdə 40-50 qol vururlar. Ona görə də çətinliklər qaçılmazdır”.