Bu ölkənin paytaxtında 20 güclü partlayış baş verdi - Çox sayda ölü var

11 Fevral 2020 08:25 (UTC+04:00)

Liviyanın paytaxtı Tripoli Xəlifə Haftarın rəhbərlik etdiyi qüvvələrin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, paytaxtda azı 20 partlayış səsi eşidilib. BMT-nin tanıdığı Milli Birlik hökuməti hücumlara qarşılıq verib. Paytaxt və ətraf rayonlarda şiddətli toqquşmalar davam edir. Çox sayda tələfatın olduğu deyilir.

Yerli mənbələrin məlumatına görə, Haftar qüvvələri sakinlərin məskunlaşdığı əraziləri hədəfə alır.

Anar Türkeş