Azərbaycanda qar çovğunu - EKSKLÜZİV GÖRÜNTÜLƏR

12 Fevral 2020 16:12 (UTC+04:00)

Lerik rayonunun bəzi kəndlərində dünəndən başlayaraq qar çovğunu qeydə alınıb.

Publika.az xəbər verir ki, güclü külək müşayət olunan qar rayonun ucqar Orand, Rvarud kimi kəndlərində həyatı iflic edib.

Orand kənd sakini Hamil Mustafayev bildirib ki, qarın hündürlüyü bəzi yerlərdə 2 metrə çatır: “Hazırda güclü külək Orand kəndində həyatı iflic edib. Külək nəticəsində rayonla kənd arası yolda qarın dərinliyi bəzi yerlərdə 2 metri keçib, elektrik enerjisi verilişi kəsilib. Yolu dünən çətinliklə açdırdıq, bu gün küləyin təsiri ilə yol yenidən tamamilə qarla bağlanıb. Elektrik xətləri və dirəklər hamısı yararsız vəziyyətə düşüb”.