Məzahir Pənahov pozuntu görüntüsü yayanlara təşəkkür etdi

13 Fevral 2020 18:09 (UTC+04:00)

"Biz çox vaxt itirməməliyik".

Publika.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, insanlar yerlərdə müşahidə etdiyi məlumatları sosial şəbəkələrə yerləşidirirlər:

“Biz bunu edənlərə minnətdarlığımızı bildiririk. Çünki onların yerləşdirdikləri videolarla bağlı araşdırmalar aparırırıq. Ancaq bundan da sui-istifadə edənlər var".