Yeni planet KƏŞF EDİLDİ

14 Fevral 2020 04:48 (UTC+04:00)

Dünyadan 330 işıq ili uzaqlığında yeni planet kəşf edilib.

Publika.az xəbər verir ki, sahəsi olduqca kiçik olan planetə “2 MASS” adı verilib. Məlumata görə, “2 MASS” Avropa Kosmik agentliyinin “Gaia” peykinin görüntüləri əsasında kəşf edilib. Yeni planetin səthində mənfi temperaturun olduğu güman edilir.

Hələlik 2 MASS” barədə əlavə məlumatlar əldə etmək mümkün olmayıb. Alimlər araşdırmaları davam etdirir.

Anar Türkeş