Qarın qalınlığı 6 metri keçdi - Sərhəd bölgəsindən MÖHTƏŞƏM MƏNZƏRƏ

17 Fevral 2020 10:51 (UTC+04:00)

Türkiyənin İran və İraqla sərhəd bölgəsində yerləşən Hakkari vilayətinin Yüksəkova rayonunda intensiv qar yağışı həyatı iflic edib.

Publika.az xəbər verir ki, bölgədə qarın qalınlığı 6 metri keçib.

Rayonun ucqar nöqtələrinə gedən yollar bağlanıb. Yolları açmaq üçün xüsusi briqadalar cəlb olunub.

Bölgədə qar uçqunu təhlükəsi var.

Zümrüd