MSK Afət Telmanqızının şikayətinə baxmadı

17 Fevral 2020 17:36 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə namizəd olmuş Natiq Cəfərlinin (iqtisadçı ekspert) və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə namizəd olmuş REAL TV-nin əməkdaşı Afət Məhərrəmovanın (Telmanqızı) şikayətinə baxılıb.

Publika.az xəbər verir ki, MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, hər iki şikayət şikayətvermə müddəti ötürülməklə qəbul edildiyindən ərizəçilərə geri qaytarılmalıdır.

Həmçinin, 101 saylı Göygöl-Daşkəsən seçki dairəsi üzrə bir şikayətin, 86 İsmayıllı seçki dairəsi üzrə namizəd olmuş Dünyaxanım Cərullayevanın şikayətinin geri qaytarılmasına dair qərar qəbul olunub.