Azərbaycanda rabitə xidmətləri kəskin ARTIB

18 Fevral 2020 01:04 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanda 187,3 milyon manatlıq informasiya və rabitə xidmətləri göstərilib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,3% çoxdur.

Göstərilmiş xidmətlərin 71,7%-i əhali sektoruna aid olub. Bu sahədə əldə edilmiş gəlirin 77,1%-i qeyri-dövlət sektorunun payına düşüb.