İsraildə TARİXİ HADİSƏ - Mart ayında başlayır

18 Fevral 2020 21:15 (UTC+04:00)

İsrailin Baş naziri Binyamin Netanyahu barədə məhkəmə prosesi mart ayının 17-də başlayacaq.

Publika.az “Trthaber”ə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, prosesin parlament seçkilərindən iki həftə sonra başlanılması nəzərdə tutulub. Məhkəməyə Netanyahunun şəxsən qatılması tələb olunur. Qeyd edək ki, hökumət başçısı korrupsiya və səlahiyyətlərini aşmaq iddiaları ilə ittiham edilir.

İsrail tarixində ilk dəfə hakimiyyətdə olan Baş nazir məhkəməyə cəlb olunur.

Anar Türkeş