DTX Neftçala rayon İcra Hakimiyyətində əməliyyat keçirir - HƏBS OLUNANLAR VAR

20 Fevral 2020 13:42 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Neftçala Rayon İcra Hakimiyyətinin inzibati binasında xüsusi əməliyyat keçirir.

Əməliyyat nəticəsində saxlanılanların olduğu bildirilir.

“Report”un xəbərinə görə, bu barədə rəsmi məlumat veriləcəyi gözlənilir.

Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevdir. O, Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.