MSK 2 dairə ilə bağlı QƏRAR VERDİ (YENİLƏNDİ)

21 Fevral 2020 17:34 (UTC+04:00)

Mərkəzi Seçki Komissiyasının iclasında 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizəd Baxışov Elçin Niyaz oğlunun şikayətinə baxılıb.

MSK üzvü İlham Məmmədov bildirib ki, şikayətçi sözügedən DSK-nın seçkinin nətcələrinə dair qərarından şikayət edib. Şikayət əsassız olduğundan təmin edilməməlidir.

Şikayətçinin iştirakı ilə müzakirələr aparıldıqdan sonra şikayətin əsassız olmasına dair qərar qəbul edilib.

***

MSK-nın iclasında katib Arifə Muxtarova bildirib ki, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə daxil olmuş şikayət şikayətvermə müddəti ötdüyü üçün ərizəçiyə geri qaytarılmalıdır.

Daha sonra 25 saylı Nizami ikinci seçki dairəsi üzrə daxil olmuş şikayətə baxılıb. Ərizəçi iclasda iştirak etmədiyi üçün onun baxılması təxirə salınıb.

MSK bununla bağlı müvafiq qərarlar qəbul edib.

***

Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

Publika.az xəbər verir ki, iclasda komissiya üzvləri 2020-ci ilin fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.