İranda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

25 Fevral 2020 18:30 (UTC+04:00)

İran parlamentinin islahatçı millət vəkili Mahmud Sadiqi koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, bu barədə deputat özü yazıb.

Tvitterdən açıqlama verən Sadiqi bildirib ki, verdiyi qan analizinin cavabı pozitiv çıxıb: “”Covid-19 testim pozitiv çıxdı. Bu mesajı yaşama ümidimin az olduğu durumda ikən yazıram”.

Qeyd edək ki, İran Səhiyyə nazirinin müavini İrəc Hərirçidə də koronavirus aşkarlanıb.

Zümrüd