Azərbaycandan Tiflisə gedən şəxsdə koronavirus aşkarlandı

26 Fevral 2020 22:48 (UTC+04:00)

Gürcüstanda koronavirusa ilk yoluxma halı qeydə alınıb.

Publika.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İrandan Azərbaycana ordan isə Tiflisə gələn şəxsdə koronavirus aşkarlanıb.

Nazir virusa qarşı qabaqlayıcı tədbirlərin görüldüyünü qeyd edib.

Anar Türkeş